Bakı. Trend:
(ilk xəbər avqustun 21-i saat 01:30-da yayılıb)
Türkiyənin Qazıantep şəhərində partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
X X X
03:20
Türkiyənin Qazıantep şəhərində partlayış nəticəsində ölənlərin sayı artıb.
Trend-in Haber 7 telekanalına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
X X X
01:30
Türkiyənin Qazıantep şəhərində partlayış baş verib.
Trend-in CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 22 nəfər ölüb, 94 nəfər yaralanıb.
Hadisə yerinə polis və həkimlər cəlb olunub.
Qazıantep qubernatoru Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.