...

Həcc mərasimində təhlükəsizliyi 17 min nəfər və 3 min texnika təmin edəcək

Dünya xəbərləri Materials 22 Avqust 2016 17:24 (UTC +04:00)
Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib.
Həcc mərasimində təhlükəsizliyi 17 min nəfər və 3 min texnika təmin edəcək

Bakı. Elçin Hüseynov - Trend:

Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib.

Trend TASS-a istinadən xəbər verir ki, keçən il yüzdən çox zəvvarın ölümündən sonra bu il ölkə rəhbərliyi həcc mərasimini maksimum təhlükəsiz etmək niyyətindədir.

Krallığın Mülki müdafiə idarəsinin rəhbəri, general Süleyman bin Abdullah əl-Əmr bildirib ki, plana əsasən, Həcc mərasimi zamanı ölkənin bütün müvafiq resursları səfərbər ediləcək:

"Məscidül-Həram"da faciənin qurbanlarının sayı 100-ü otdü

"Məscidül-Həram"da faciənin qurbanlarının sayı 100-ü otdü

"Təhlükəsizlik orqanlarının 17 mindən çox əməkdaşı və 3 min ədəd texnika Həccin təşkilinə cəlb ediləcək".

Bununla yanaşı, fövqəladə hallar zamanı zəvvarların təcili təxliyəsi məsələsinə də xüsusi diqqət ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti