...

Avropa ekspertləri vizanın ləğvi ilə bağlı Ankaraya gəlirlər

Dünya xəbərləri Materials 22 Avqust 2016 19:27 (UTC +04:00)
Türkiyə Avropa İttifaqı ilə viza sisteminin sadələşdirilməsi üçün bütün şərtlərə əməl etməlidir.
Avropa ekspertləri vizanın ləğvi ilə bağlı Ankaraya gəlirlər

Bakı. Elçin Hüseynov - Trend:

Avropa Komissiyasının və Avropanın Xarici Siyasət Fəaliyyəti Xidmətinin ekspertləri bu həftə Türkiyəyə səfər edəcəklər. Bu barədə Trend "Welt" qəzetinə istinadən xəbər verir.

 

Daxili məsələlər, miqrasiya və vətəndaşlıq üzrə Avropa komissarı Dimitros Avramopulos bildirib ki, səfərin məqsədi viza rejiminin liberalizasiyasına dair Türkiyə və Avropa İttifaqı arasında mövcud sazişin həyata keçirilməsi ilə bağlı  texniki məsləhətləşmələrin aparılmasıdır: "Biz hər şeyi edəcəyik ki, Avropa İttifaqı və Türkiyə arasındakı saziş tam plana uyğun işləsin. Bundan başqa, lazımi islahatların keçirilməsi üçün  ehtiyac olan dəstək və ekspertizanı təqdim edirik".

 

D.Avramopulos deyib ki, Avropa İttifaqı ilə viza sisteminin sadələşdirilməsi üçün Türkiyə əldə olunan razılaşmanın bütün şərtlərinə əməl etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti