...

52 yaşlı filippinli qadın Brüsseldə sərnişinlərə hücum edib

Dünya xəbərləri Materials 23 Avqust 2016 13:12 (UTC +04:00)
Brüsselin Ukkel kommunasında 52 yaşlı filippinli qadın avtobus sərnişinlərinə hücüm edib.
52 yaşlı filippinli qadın Brüsseldə sərnişinlərə hücum edib

Bakı. Elçin Hüseynov - Trend:

Brüsselin Ukkel kommunasında 52 yaşlı filippinli qadın avtobus sərnişinlərinə hücüm edib. Trend bu barədə Belçikanın "La Derniere Heure" qəzetinə istinadən xəbər verir.

Qadın avtobusa daxil olaraq bıçaqla iki sərnişini ağır yaralayıb. Sonra o avtobusdan düşərək bir nəfərə də yüngül bıçaq zərbəsi endirib.

Qəzet yazir ki, hücümün səbəbləri hüquq-mühafizə orqanlarına hələik bəlli deyil. Polis guman edir ki, qadın psixi pozğunluqdan əziyyət çəkir. O, hazırda 2 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti