...

Fransada məktəblərin mühafizəsi gücləndirilir

Dünya xəbərləri Materials 24 Avqust 2016 16:05 (UTC +04:00)
Yeni tədris ili ərəfəsində Fransa höküməti təhsil ocaqlarının təhlükəsizliyini artırmaq qərarına gəlib
Fransada məktəblərin mühafizəsi gücləndirilir

Bakı. Elçin Hüseynov - Trend:

Yeni tədris ili ərəfəsində Fransa höküməti təhsil ocaqlarının təhlükəsizliyini artırmaq qərarına gəlib. Trend TASS-a istinadən xəbər verir ki,  bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

Qərar yeni terror aktlarının ehtimalı ilə bağlı qəbul edilib. Sentyabrın 1-dən Fransanın bütün ərazisində məktəblərin ətrafında mobil polis patrulları  xidmət göstərəcək. Təhsil ocaqlarının mühafizəsinə 3000-dən çox polis əməkdaşı cəlb ediləcək.

Daha əvvəl Fransanın baş naziri Manuel Vals bildirib ki, terrorçuluq uzun müddət olkə durumunun bir hissəsi olacaq və bunu etiraf etməmək mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti