...

Əfqanıstandakı ABŞ universitetində atışma: 12 ölü, 44 yaralı (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 25 Avqust 2016 07:37 (UTC +04:00)
Kabildəki ABŞ universitetinə hücumu nəticəsində azı 12 nəfər ölüb, 44-ü yaralanıb
Əfqanıstandakı ABŞ universitetində atışma: 12 ölü, 44 yaralı (YENİLƏNİB-5)

Təfərrüatlar əlavə olunub (ilk xəbər avqustun 24-də saat 19:43-də yayılıb)

Bakı. Trend:

Kabildəki ABŞ universitetinə  hücumu nəticəsində azı 12 nəfər ölüb, 44 yaralanıb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir. 

X X X 

21:10

Kabildəki ABŞ universitetinə silahlı hücum nəticəsində ən azı 12 nəfər ölüb, 5 xəsarət alıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

X X X 

20:43

Kabildəki ABŞ universitetinə silahlı hücum nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Yerli hakimiyyət universitetdə onlarla tələbə və müəllimin köməksiz vəziyyətdə qaldığını təsdiq edib.

X X X

20:18

Silahlıların hücum etdiyi Əfqanıstanın paytaxtı Kabildə yerləşən ABŞ universitetində müəllim və tələbələr içəridə qalıblar.

Trend-in məlumatına görə, tələbələrdən biri "Frans Press" agentliyinə zəng edərək bildirib: "Mən və başqaları auditoriyada bağlı vəziyyətdə qalmışıq. Partlayış səsləri eşidilir, yaxınlıqda atışma gedir".

X X X

19:43

Bir qrup silahlı şəxs Əfqanıstanın paytaxtı Kabildə ABŞ universitetinə basqın ediblər.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, binada atışma olub.

"TOLO News" xəbər verir ki, silahlılar binaya daxil olmazdan öncə partlayış törədiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti