...

Binəli Yıldırım: Viza ləğv edilməsə, Avropa ciddi miqrasiya problemi ilə üzləşəcək

Dünya xəbərləri Materials 26 Avqust 2016 15:13 (UTC +04:00)
Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək.
Binəli Yıldırım: Viza ləğv edilməsə, Avropa ciddi miqrasiya problemi ilə üzləşəcək

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək. Trend "Haber Turk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

O deyib ki, oktyabr ayına gözlənilən Türkiyə vətəndaşları üçün viza sisteminin ləğvi və readmissiya haqqında müqavilənin qüvvəyə minməsi mütləq həyata keçirilməlidir: "Bu olmasa, qaçqınlar problemi Avropa üçün ən böyük problem ola bilər".

Qeyd edək ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.

Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti