...

Türkiyədə Gülən hərəkatı ilə mübarizə çərçivəsində üç sabiq səfir həbs olunub

Dünya xəbərləri Materials 27 Avqust 2016 06:07 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub
Türkiyədə Gülən hərəkatı ilə mübarizə çərçivəsində üç sabiq səfir həbs olunub

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Kosta-Rikadakı keçmiş səfiri Əli Fındık həbs olunublar.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaş xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti