Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:52-də yayılıb)
Bakı. Trend:
Moskvadakı anbarların birində yanğın zamanı xəsarət alanlardan bir nəfər təxliyədən sonra dünyasını dəyişib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Moskva meri Sergey Sobyanin deyib.
Baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17-ə çatıb.
X X X
Moskvanın şimal-şərqindəki anbarda ölənlərin hamısı yuxuda tüstüdən boğulub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölənlər dördüncü mərtəbədəki yataq yerində aşkar edilib.
X X X
Moskvadakı anbarların birində baş vermiş yanğın nəticəsində 16 nəfər ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumatı təsdiq edib.
Ölənlərin hamısı eyni obyektdə aşkarlanıb.
X X X
İlkin ehtimala görə Moskvadakı anbarda baş vermiş yanğın nəticəsində ölənlərin hamısı MDB vətəndaşıdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu şəhərin təcili xidmətlərindəki mənbə deyib.
Onun sözlərinə görə, yanan anbar "Peçatnı ekspress" MMC-yə məxsusdur.
Yanğın nəticəsində 16 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.