...

Almaniyada 9 minə yaxın miqrant uşağı itkin düşüb

Dünya xəbərləri Materials 29 Avqust 2016 16:48 (UTC +04:00)
Almaniyaya gələn miqrant uşaqların təqribən 9 mininin harada olduğu məlum deyil.
Almaniyada 9 minə yaxın miqrant uşağı itkin düşüb

Bakı. Trend:

Almaniyaya gələn miqrant uşaqların təqribən 9 mininin harada olduğu məlum deyil.

Trend-in “Yeni Şəfəq” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Federal Asayiş Dairəsi xəbər yayıb.

Dairənin məlumatına əsasən, 8 911 uşaq itkin düşüb. İtkin düşən uşaqların əksəriyyəti 14-17 yaş arasındadır. 867 uşaq isə 13 yaşdan kiçikdir.

Uşaqların cinayətkar qruplaşmaların əlinə keçməsi ehtimalı böyükdür. İtkin düşən uşaqlar daha çox Əfqanıstan, Suriya, Somali, Mərakeş və Əlcəzairdəndirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti