...

Qırğızıstan hökuməti Çin səfirliyindəki partlayışı terror aktı adlandırıb (YENİLƏNİB-4)

Dünya xəbərləri Materials 30 Avqust 2016 11:46 (UTC +04:00)
Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında güclü partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Qırğızıstan hökuməti Çin səfirliyindəki partlayışı terror aktı adlandırıb (YENİLƏNİB-4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:22-də yayılıb)

Bakı. Trend:

Qırğızıstan hökuməti Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı terror aktı hesab edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Qırğızıstan hökumətində ölkədə ictimai təhlükəsizliyin təmin edilməsi məsələsi üzrə müşavirə keçiriləcək.

X X X

Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı intiharçı terrorçu törədib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın Baş nazirinin müavini Jeniş Razakov deyib.

X X X

Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında güclü partlayış baş verməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

X X X

Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında partlayış nəticəsində bir nəfər ölüb.

X X X

Bişkekin cənubunda partlayış baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayış yeri polis əməkdaşları tərəfindən bağlanılıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti