Bakı. Orxan Quluzadə - Trend:
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Cerablus şəhərində Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatı dəstəkləməyib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə SQ-nin dəstəklədiyi Azad Suriya Ordusu ötən gün İŞİD-in hücumuna məruz qalarkən "İncirlik"dəki ABŞ HHQ-dən müvafiq mövqelərin bombalanması istənilsə də, bu, yalnız 3 saat sonra baş verib.