...

Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib

Dünya xəbərləri Materials 9 Sentyabr 2016 05:16 (UTC +04:00)
Liviyanın paytaxtı Tripolidə, Xarici İşlər Nazirliyinin binası yaxınlığında iki partlayış baş verib
Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib

Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidə, Xarici İşlər Nazirliyinin binası yaxınlığında iki partlayış baş verib.

Trend Sputnik-a istinadən xəbər verir ki, hər iki partlayışa minalanmış avtomobillər səbəb olub. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Bu ilin əvvəlində BMT-nin dəstəyi ilə yaradılan Milli Birlik Hökuməti 2016-cı il mart ayından Tripolidə fəaliyyət göstərir.

Şəhərdə səlahiyyətə malik silahlı qruplar hökumətlə əməkdaşlıq etmək razılığına gəlib, lakin ölkə parlamenti bunu dəstəkləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti