...

ABŞ-dan yenə Türkiyədə terror təhlükəsi xəbərdarlığı

Dünya xəbərləri Materials 22 Sentyabr 2016 15:44 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki səfirliyi Qaziəntəp vilayətində terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib.
ABŞ-dan yenə Türkiyədə terror təhlükəsi xəbərdarlığı

Bakı. Orxan Quluzadə - Trend:

ABŞ-ın Türkiyədəki səfirliyi Qazientep vilayətində terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyyət" qəzeti diplomatik nümayəndəliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, terrorçuların hədəfi əcnəbilərin Qaziəntəpdə daha çox olduğu ticarət mərkəzləri və restoranlar ola bilər: "ABŞ vətəndaşlarına imkan daxilində bu yerlərə getməməyi tovsiyə edirik".

Qeyd edək ki, avqustun 21-də həmin vilayətdə törədilmiş terror hadisəsi zamanı 50 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti