...

İstanbulda ağır yol qəzası - yaralılar var (YENİLƏNİB) (FOTO)

Dünya xəbərləri Materials 23 Sentyabr 2016 11:02 (UTC +04:00)
İstanbulun Acıbadəm rayonunda ağır yol qəzası olub.
İstanbulda ağır yol qəzası - yaralılar var  (YENİLƏNİB) (FOTO)

Bakı. Orxan Quluzadə - Trend:

İstanbulun Acıbadəm rayonunda ağır yol qəzası olub.

Trend "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, yoldan çıxan marşrut avtobusu qəza törədib.

Qəzetin yazdığına görə, qəza nəticəsində 10 nəfər yaralanıb.

Qəza zamanı metrobus altı avtomobillə toqquşub. Metrobusun sürücüsü sərnişinlərdən biri ilə mübahisə etdikdən sonra qəza baş verib.

Hadisə yerində təcili yardım briqadaları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti