...

Gülən hərəkatı ilə bağlı Türkiyə kəşfiyyatında əməliyyat aparılır

Dünya xəbərləri Materials 27 Sentyabr 2016 15:47 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Milli Kəşfiyyat Təşkilatında (MİT) əməliyyat aparılır.
Gülən hərəkatı ilə bağlı Türkiyə kəşfiyyatında əməliyyat aparılır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Milli Kəşfiyyat Təşkilatında (MİT) əməliyyat aparılır.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, hərəkata mənsubiyyət şübhəsi üzrə MİT-in 100 əməkdaşına qarşı araşdırma başa çatıb.

Araşdırma nəticəsində MİT-in 87 əməkdaşı işdən azad edilib, 52 əməkdaşa qarşı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti