...

İran ABŞ-ın RQ-170 pilotsuz təyyarəsinin oxşar modelini nümayiş etdirdi (FOTO)

Dünya xəbərləri Materials 1 Oktyabr 2016 17:11 (UTC +04:00)
İran ABŞ-ın RQ-170 pilotsuz təyyarəsinin oxşar modelini istehsal edib.
İran ABŞ-ın RQ-170 pilotsuz təyyarəsinin oxşar modelini nümayiş etdirdi (FOTO)

Bakı. Trend:

İran ABŞ-ın RQ-170 pilotsuz təyyarəsinin oxşar modelini istehsal edib.

Trend Tasnim agentliyinə istinadən xəbər verir ki, Saeqeh (Şimşək) adlı dronlar uzun mənzillidir və 4 bomba daşımaq qabiliyyətinə malikdirlər. Yeni dronlar hədəfi dəqiqliklə vura bilirlər.

Yeni pilotsuz uçan aparatlar İranın əvvəl istehsal etdiyi və RQ-170 Sentinel amerika dronunun oxşarı hesab edilən "Simurq" nəslinə aiddir.

Qeyd edək ki, 2011-ci ilin dekabrında İranın ABŞ-a məxsus RQ-170 pilotsuz təyyarəsini vurması ilə bağlı məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti