...

Alyaskada böyük neft yatağı aşkar edilib

Dünya xəbərləri Materials 5 Oktyabr 2016 09:18 (UTC +04:00)
Az tanınan "Caelus Energy" şirkəti Alyaskada böyük neft ehtyatları tapması barədə xəbər verib.
Alyaskada böyük neft yatağı aşkar edilib

Bakı. Trend:

Az tanınan "Caelus Energy" şirkəti Alyaskada böyük neft ehtyatları tapması barədə xəbər verib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Neft ehtiyatlarının Şimal qütbündən şimala təxminən 480 km. aralı aşkar edildiyi bildirilir.

"Caelus Energy" həmin yataqda 1,8-2,4 milyard barrel (240-321 mln. ton) neft hasil edə biləcəyini hesab edir.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, bu yatağın işlənməsi sutkada 200 min barrel nefti asan əldə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti