...

Antalyadan Moskvaya uçan təyyarə ünvanına çatmadı

Dünya xəbərləri Materials 5 Oktyabr 2016 12:51 (UTC +04:00)
Türkiyənin Antalya şəhərindən Moskvaya uçan təyyarə Kransodarda təcili eniş edib.
Antalyadan Moskvaya uçan təyyarə ünvanına çatmadı

Bakı. Trend:

Türkiyənin Antalya şəhərindən Moskvaya uçan təyyarə Kransodarda təcili eniş edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hazırda xüsusi komissiya təyyarədəki nasazlığın səbəbini araşdırır.

Təyyarənin göyərtəsində 208 sərnişin olub. Təcili enişə ilkin səbəb kimi texniki nasazlıq göstərilir.

Sərnişinlər Moskvaya ehtiyat təyyarə ilə yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti