...

Yunanıstan aeroportları 4 gün işləməyəcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2016 20:47 (UTC +04:00)
Yunanıstanda aviadispeçerlər bazar günündən etibarən 4 günlük tətilə başlayır.
Yunanıstan aeroportları 4 gün işləməyəcək

Bakı. Trend:

Yunanıstanda aviadispeçerlər bazar günündən etibarən 4 günlük tətilə başlayır.

Trend RİA Novostiyə istinadən xəbər verir ki, mülki aviasiyadakı islahatlara qarşı keçirilən tətil zamanı ölkənin bütün aeroportları fəaliyyətini tamamilə dayandıracaq.

Tətil nəticəsində ölkənin turizm sahəsinə də ciddi ziyan dəyəcək. Yunanıstanın iri turizm şirkətlərindən bildiriblər ki, dövlət onlara dəymiş ziyanla bağlı heç bir kompensasiya ödəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti