...

Dünyanın ən böyük aeroportlarından biri İstanbulda olacaq

Dünya xəbərləri Materials 10 Oktyabr 2016 08:55 (UTC +04:00)
2018-ci ildə İstanbulda dünyanın ən böyük aeroportlarından biri istismara veriləcək.
Dünyanın ən böyük aeroportlarından biri İstanbulda olacaq

Bakı. Trend:

2018-ci ildə İstanbulda dünyanın ən böyük aeroportlarından biri istismara veriləcək. Bu barədə jurnalistlərə "Turkish Airlines" aviaşirkətinin İdarə Heyətinin sədri İlker Aycı deyib.

Aeroport 550 təyyarəli aviaparka malik olacaq. Bu aeroport yüksək texnologiyalı, eyni zamanda ekoloji cəhətdən çox yüksək səviyyədə olacaq.

Hazırda London aeroportu böyüklüyünə görə Avropada birinci, Fransa aeroportu ikinci, İstanbul Atatürk limanı isə üçüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti