...

Səudiyyə Ərəbistanı vətəndaşlarına bu ölkələrə getməyə icazə vermir - SİYAHI

Dünya xəbərləri Materials 15 Oktyabr 2016 10:17 (UTC +04:00)
Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.
Səudiyyə Ərəbistanı vətəndaşlarına bu ölkələrə getməyə icazə vermir - SİYAHI

Bakı. Trend:

Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub. Tredn RİA Novosti-yə istinadən məlumat verir ki, İdarə İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqları ilə xəbərdarlıq edib.

Eləcə də krallıq vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən ümumiyyətlə kənara çıxmalarına qadağa qoyulacaq.

Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiyələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti