...

Baş nazir: Türkiyə Mosul əməliyyatına qoşuldu

Dünya xəbərləri Materials 18 Oktyabr 2016 14:02 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına qoşulub.
Baş nazir: Türkiyə Mosul əməliyyatına qoşuldu

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına qoşulub.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım qeyd edib ki, əməliyyatda ilk sıralarda Türkiyənin İraqdakı Başika hərbi düşərgəsində hazırladığı yerli döyüşçülər iştirak edirlər:

"Hava əməliyyatında İŞİD-lə mübarizə koalisiyasının tərkibində bizim Hərbi Hava Qüvvələrimiz də iştirak edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti