...

Yaponiyada 5,3 bal zəlzələ - Sunami təhlükəsi varmı?

Dünya xəbərləri Materials 20 Oktyabr 2016 09:37 (UTC +04:00)
Yaponiyanın paytaxtı Tokiodan şərqdə 5,3 bal gücündə zəlzələ başverib.
Yaponiyada 5,3 bal zəlzələ - Sunami təhlükəsi varmı?

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokiodan şərqdə 5,3 bal gücündə zəlzələ başverib. Trend RİA Novosti-yə istindən məlumat verir ki, yeraltı təkanların güclü olmasına baxmayaraq, xoşbəxtlikdən sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Baş Meteoroloji İdarənin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11.50-də qeydə alınıb. Zəlzələnin episentri Tiba prefekturasında 40 km dərinlikdə olub.

Yeraltı təkanlar güclü olduğundan titrəyişlər hətta İbaraki, Saitama, Qumma, Fukusima və paytaxt regionda da hiss olunub.

Dağıntılar, xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti