Bakı. Trend:
Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend İran dövlət televiziyasına istinadən məlumat verir ki, diplomat "bölgədəki bəzi məsələlərlə bağlı Türkiyə rəsmilərinin həqiqətə uyğun olmayan ifadələrindən dolayı" nazirliyə çağırılıb.
Xəbərdə rəsmi Tehranın "sərt etirazı"nın səfirə çatdırıldığı qeyd olunur.