Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Suriyadakı fəaliyyəti terror təşkilatlarının məhv edilməsinə yönəlib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Ankara eyni zamanda öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır: "Biz heç kəsin torpağına iddia etmirik".