...

ABŞ-dan yenə Türkiyədə terror təhlükəsi xəbərdarlığı

Dünya xəbərləri Materials 23 Oktyabr 2016 04:21 (UTC +04:00)
ABŞ-ın İstanbuldakı konsulluğu terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-dan yenə Türkiyədə terror təhlükəsi xəbərdarlığı

Bakı. Trend:

ABŞ-ın İstanbuldakı konsulluğu terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti diplomatik nümayəndəliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ekstremist qruplar İstanbulda amerikalılara və digər əcnəbilərə qarşı hücum tədbirləri hazırlamaqda davam edirlər.

Qeyd edək ki, avqustun 21-də Qazientep vilayətində vilayətdə törədilmiş terror hadisəsi zamanı 50 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti