...

İran "hava imperiyası" yaratmaq istəyir

Dünya xəbərləri Materials 24 Oktyabr 2016 16:39 (UTC +04:00)
İranda 6 yeni aviaşirkət yaradılması planlaşdırılır.
İran "hava imperiyası" yaratmaq istəyir

Bakı. Elmira Tarıverdiyeva - Trend:

İranda 6 yeni aviaşirkət yaradılması planlaşdırılır. Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, İran Aviaşirkətlər Cəmiyyətinin katibi Maqsud Əsədi Samani həmin şirkətlərin fəaliyyətə başlaması üçün hələ ki icazə verilmədiyini bildirib.

Samani qeyd deib ki, daha öncə İranın Yol və Şəhər İnkişafı Nazirliyi yeni aviaşikətin açılması ilə bağlı razılıq verib və hazırda lazımi sənədlərin hazırlanması və bu layihənin maliyyə məsələləri həll edilir.

Hazırda İranda 15 yerli mülki aviaşirkət fəaliyyət göstərir, gələcəkdə onların sayının 23-ə çatdrılması planlşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti