...

Pakistanda kollecə hücum: 61 ölü, 165 yaralı (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 25 Oktyabr 2016 15:32 (UTC +04:00)
Pakistanın Kvetta şəhərində terrorçuların polis akademiyasına hücumu nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
Pakistanda kollecə hücum: 61 ölü, 165 yaralı (YENİLƏNİB-5)

İlk xəbər 24 oktyabr saat 23:45-də yayılıb

Bakı. Trend:

Pakistanın Kvetta şəhərində terrorçuların polis akademiyasına hücumu nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Trend-in məlumatına görə, xəsarət alanların sayı 165 nəfərdir.

Bundan əvvəl ölənlərin 60, xəsarət alanların sayının isə 162 nəfər olduğu deyilirdi.

X X X

05:24

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

X X X

03:41

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. Trend-in "RİA Novosti"ya istinadən verdiyi xəbərə görə, terrorçuların hücumu zamanı ən azı 100 nəfər xəsarət alıb.

Türkiyənin turizm bölgəsində partlayış: terror, yoxsa... (FOTO/VİDEO) (YENİLƏNİB)

Türkiyənin turizm bölgəsində partlayış: terror, yoxsa... (FOTO/VİDEO) (YENİLƏNİB)

X X X

03:29

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində 20 nəfər həlak olub.

Trend-in "RİA Novosti"ya istinadən verdiyi xəbərə görə, terrorçuların hücumu zamanı 51 nəfər xəsarət alıb.

X X X

23:45

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən 200-dən çox polis kursantı girov götürülüb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, hadisə zamanı 7 polis əməkdaşının xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti