...

Türkiyənin turizm bölgəsində partlayış: terror, yoxsa... (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 Oktyabr 2016 10:27 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində Ticarət və Sənaye Palatasının binasının yaxınlığında partlayış baş verib.
Türkiyənin turizm bölgəsində partlayış: terror, yoxsa... (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Antalya vilayətində Ticarət və Sənaye Palatasının binasının yaxınlığında partlayış baş verib.

Trend "Sabah" qəzetinə istinadən xəbər verir ki, partlayış binanın avtomobil parkında qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və tibb briqadaları göndərilib.

"Habertürk" qəzeti yaralıların olduğunu yazır.

X X X

Hadisəyə avtomobillərdən birinə yerləşdirilmiş partlayıcı qurğu göstərilir. Ətrafdakı 4-5 maşın da ziyan görüb.

Partlayış zamanı xəsarət alanların həyatı üçün təhlükə olmadığı deyilir.

Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti