...

Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"

Dünya xəbərləri Materials 25 Oktyabr 2016 14:02 (UTC +04:00)
Filippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".
Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"

Bakı. Trend:

Filippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".

Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Dövlət başçısı qeyd edib: "Bu halda əşyalarınızı yığıb ölkədən gedə bilərsiniz. Sizi inandırıram ki, biz yaşayacağıq".

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Daniel Rassel bəyan etmişdi ki, Filippin Prezidentinin narkotiklərlə mübarizə üzrə siyasəti iş adamlarının narahatlığına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti