...

Türkiyədə hərbi çevriliş cəhdinin əsas fiqurlarından biri barədə məlumat verənə böyük mükafat vəd edildi

Dünya xəbərləri Materials 25 Oktyabr 2016 14:03 (UTC +04:00)
Türkiyə Daxili İşlər Nazirliyi iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Adil Öksüz barəsində məlumat verənə 4 milyon türk lirəsi həcmində mükafat veriləcəyi barədə elan edib.
Türkiyədə hərbi çevriliş cəhdinin əsas fiqurlarından biri barədə məlumat verənə böyük mükafat vəd edildi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Daxili İşlər Nazirliyi iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Adil Öksüz barəsində məlumat verənə 4 milyon türk lirəsi həcmində mükafat veriləcəyi barədə elan edib. Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Daha öncə A.Öksüzün Fətullah Gülənin Türkiyə Hərbi Hava Qüvvələrində koordinatoru olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, A.Öksüz uğursuzluqla nəticələnən hərbi çevriliş cəhdindəön dərhal sonra "Akıncı" aviabazasında həbs edilmişdi, lakin ilk istintaq mərhələsindən sonra sərbəst buraxılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti