...

Sakit okeanda balıqçılarla dolu gəmi yanır

Dünya xəbərləri Materials 26 Oktyabr 2016 09:42 (UTC +04:00)
Bu gün Sakit okeanda sahildən 150 km məsafədə iki gəmi toqquşub.
Sakit okeanda balıqçılarla dolu gəmi yanır

Bakı. Trend:

Bu gün Sakit okeanda sahildən 150 km məsafədə iki gəmi toqquşub. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, toqquşma nəticəsində gəmilərdə yanğın baş verib.

Hazırda yapon xilasediciləri toqquşmadan sonra alışan "Chin Chun" balıqçı gəmisinə doğru istiqamət alıblar. "Chin Chun" göyərtəsində 52 nəfərin olduğu bildirilir, xəsarət alanlar barədə məlumat verilmir.

Toqquşmaya məruz qalan digər gəmi haqqında isə məlumat hələ ki yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti