...

Olland: Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2016 17:29 (UTC +04:00)
Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək.
Olland: Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək

Bakı. Trend:

Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: "Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik".

Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti