...

Türkiyədə yenə atışma - 3 hərbçi həlak olub, yaralanan var

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 18:24 (UTC +04:00)
Türkiyənin cənub-şərqində Hatay vilayətində PKK terror təşkilatı silahlıları ilə hərbçilər arasında baş vermiş atışma nəticəsində 3 hərbçi həlak olub, 1 nəfər yaralanıb.
Türkiyədə yenə atışma - 3 hərbçi həlak olub, yaralanan var

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin cənub-şərqində Hatay vilayətində PKK terror təşkilatı silahlıları ilə hərbçilər arasında baş vermiş atışma nəticəsində 3 hərbçi həlak olub, 1 nəfər yaralanıb. Trend bu barədə Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir.

Qəzetin verdiyi məlumata görə, atışma zamanı PKK-nın 4 üzvü zərərsizləşdirilib.

Hadisə yerinə əlavə qüvvələr göndərilib.

Bundan öncə Türkiyə DİN ötən həftə ərzində 28 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti