...

Klinton antireytinqdə Trampı keçib

Dünya xəbərləri Materials 1 Noyabr 2016 06:21 (UTC +04:00)
ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Hillari Klinton mənfi reytinq üzrə Donald Trampı keçib
Klinton antireytinqdə Trampı keçib

Bakı. Trend:

ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Hillari Klinton mənfi reytinq üzrə Donald Trampı keçib.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bu ABC televiziyasının və Washington Post qəzetinin keçirdiyi sorğudan sonra bəlli olub.

Xəbərdə deilir ki, 60 faiz sorğuda iştirak edənlər Hillari Klintona mənfi yanaşır, 58 faiz isə Donald Trampa.

Sorğuya əsasən, Klintonu 46 faiz dəstələyir, Trampı isə 45 faiz.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-i keçiriləcək. Hələlik, sorğuların əksəriyyətinə görə, Klinton Trampı qabaqlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti