...

Səudiyyə Kralı 20 illik nizamı dəyişdi

Dünya xəbərləri Materials 1 Noyabr 2016 13:57 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Nazirlər Kabinetində islahatları davam etdirir.
Səudiyyə Kralı 20 illik nizamı dəyişdi

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Nazirlər Kabinetində islahatları davam etdirir.

Trend-in məlumatına görə, bundan əvvəl neft nazirini vəzifəsindən azad edən Kral bu dəfə Maliyyə Nazirliyində dəyişikliyə əl atıb. Belə ki, 20 ildir maliyyə naziri vəzifəsində çalışan İbrahim Al Assafın yerinə Məhəmməd əl-Cədaan təyin olunub.

Qeyd edək ki, neft naziri Əli əl-Nəimi isə 21 il idi bu postda çalışırdı. Kral Neft Nazirliyini ləğv edərək Enerji, Sənaye və Yeraltı Sərvətlər Nazirliyi yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti