...

Türkiyə Almaniyaya İncirlik bazasına investisiya qoymağa icazə vermir

Dünya xəbərləri Materials 4 Noyabr 2016 11:46 (UTC +04:00)
Almaniya Türkiyənin İncirlik şəhərindəki NATO hərbi bazasının inkişaf etdirilməsi üçün sərmayə qoymağa hazır olsa da, Ankara buna icazə vermir.
Türkiyə Almaniyaya İncirlik bazasına investisiya qoymağa icazə vermir

Bakı. Trend:

Almaniya Türkiyənin İncirlik şəhərindəki NATO hərbi bazasının inkişaf etdirilməsi üçün sərmayə qoymağa hazır olsa da, Ankara buna icazə vermir. Trend-in məlumatına görə, bu barədə Almaniyanın Die Welt qəzeti məlumat yayıb.

Almaniya baza ərazisində yeni aerodromun tikinitisi və digər infrastruktur işləri üçün 58 milyon avro vəsait yatırmağa hazırdır. Hazırda baza ərazisində 250-yə yaxın alman əsgəri xidmət edir.

Bundan əvvəl alman və türk mətbuatında Almaniya parlamentinin qondarma “erməni soyqırımını” tanıması ilə əlaqədar Türkiyənin alman hərbçilərinə İncirlik hərbi bazasına girişinin məhdudlaşdıracağı barədə məlumatlar yer alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti