...

Türkiyədə növbəti hücum: 4 ölü, 2 yaralı

Dünya xəbərləri Materials 9 Noyabr 2016 20:19 (UTC +04:00)
Türkiyənin Van vilayətində PKK terrorçuları avtobusu atəşə tutub
Türkiyədə növbəti hücum: 4 ölü, 2 yaralı

Bakı. Trend:

Türkiyənin Van vilayətində PKK terrorçuları avtobusu atəşə tutub.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti