...

Fransada zəhərli kimyəvi maddə daşıyan qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 10 Noyabr 2016 13:53 (UTC +04:00)
Fransanın şimalında zəhərli kimyəvi maddə dolu qatar relsdən çıxıb.
Fransada zəhərli kimyəvi maddə daşıyan qatar relsdən çıxıb

Bakı. Trend:

Fransanın şimalında zəhərli kimyəvi maddə dolu qatar relsdən çıxıb. Trend bu barədə TASS-a istinadən məlumat verir.

Qəzanın səbəbləri hələ məlum deyil. Məlumata görə, daşınan məhsul kimyəvi turşu olub. Dağılan maddənin əhalinin sağlamlığı üçün təhlükəli olmadığı bildirilir.

Həmin istiqamətdə dəmir yolunda qatarların hərəkəti təhlükəsizlik baxımından müvəqqəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti