...

Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 10 Noyabr 2016 17:03 (UTC +04:00)
Etirazçılar Brüsselin Türkiyəyə qarşı siyasətinə etirazlarını bildiriblər.
Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib

Ankara. Əhməd İsmuxan - Trend:

Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiya iştirakçıları Brüsselin Türkiyəyə qarşı siyasətinə etirazlarını bildiriblər.

Aksiyada minə yaxın etirazçı iştirak edib.

Bir gün əvvəl isə Almaniya səfirliyi qarşısında aksiya keçirilmişdi. Bu aksiya zamanı Almaniyanın terror təşkilatlarına qarşı ikili standartlar tətbiq etməsi pislənmişdi.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya və Belçika başda olmaqla bir sıra Qərb ölkələrini PKK terror təşkilatına dəstək göstərməkdə təqsirləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti