...

İŞİD-in əsas komandirlərindən biri öldürülüb

Dünya xəbərləri Materials 11 Noyabr 2016 20:08 (UTC +04:00)
İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində terror qruplaşmasının komandiri Mahmud Şükri əl-Nuyami öldürülüb.
İŞİD-in əsas komandirlərindən biri öldürülüb

Bakı. Trend:

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində terror qruplaşmasının komandiri Mahmud Şükri əl-Nuyami öldürülüb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.

İŞİD yaydığı videoyazıda onun ölümünü təsdiqləyib.

İraq hökuməti 17 oktyabrdan bəri 1,2 min silahlının öldürüldüyünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti