...

Türkiyənin Baş naziri Donald Trampı təbrik edib

Dünya xəbərləri Materials 11 Noyabr 2016 21:29 (UTC +04:00)
Türkiyənin Baş naziri Binəli Yıldırım Donald Trampa zəng edib.
Türkiyənin Baş naziri Donald Trampı təbrik edib

Bakı. Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa zəng edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, B.Yıldırım D.Trampı ABŞ prezidenti seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

B.Yıldırım bildirib: "Ankara və Vaşinqton arasında güclü və möhkəm münasibətlər bu gün daha vacibdir".

D.Tramp öz növbəsində, Türkiyə Baş nazirinə təbrikə görə minnətdarlığını bildirib və qeyd edib ki, o, Türkiyəyə xüsusi önəm verir və rəsmi Ankara ilə dialoqu prioritet məsələlərdən hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti