...

Belarusun II Avropa oyunlarına nə qədər pul xərcləyəcəyi açıqlanıb

Dünya xəbərləri Materials 14 Noyabr 2016 17:49 (UTC +04:00)
Prezident bildirib ki, oyunların keçirilməsi üçün namizədlik irəli sürülməzdən əvvəl hökumət təşkilat xərclərini hesablayıb.
Belarusun II Avropa oyunlarına nə qədər pul xərcləyəcəyi açıqlanıb

Bakı. Trend:

Belarus İkinci Avropa Oyunlarının təşkilinə və keçirilməsinə 50 milyon dollar xərcləyəcək.

Trend-in Belta agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Prezident bildirib ki, oyunların keçirilməsi üçün namizədlik irəli sürülməzdən əvvəl hökumət təşkilat xərclərini hesablayıb: "Biz 50 milyon dollara yaxın pul sərf etməliyik. Amma bəlkə bu qədər məbləğə ehtiyac olmadı. Avropalılar kömək edəcəklərini deyiblər”

A.Lukaşenko bəyan edib ki, növbəti Avropa Oyunları Belarus tərəfindən yüksək səviyyədə təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti