...

Ərdoğan: Aİ-yə qəbul olunmaqla bağlı cavabı ilin sonunadək gözləyəcəyik, sonra isə...

Dünya xəbərləri Materials 14 Noyabr 2016 18:21 (UTC +04:00)
Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək.
Ərdoğan: Aİ-yə qəbul olunmaqla bağlı cavabı ilin sonunadək gözləyəcəyik, sonra isə...

Ankara. Atilla Caner - Trend:

Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq.

Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.

R.T.Ərdoğan deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.

Türkiyə Prezidenti bildirib: "Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti