...

Ərdoğanın Özbəkistana səfərində MƏQSƏD - EKSKLÜZİV

Dünya xəbərləri Materials 16 Noyabr 2016 11:29 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq
Ərdoğanın Özbəkistana səfərində MƏQSƏD - EKSKLÜZİV

Ankara. Atilla Caner - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Administrasiyadan verilən məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Ankara və Daşkənd arasında siyasi və iqtisadi əlaqələrin inkişafı barədə məsələlər olacaq:

“Özbəkistan Mərkəzi Asiyanın strateji vacib dövlətlərindən biridir və Ankara Daşkəndlə münasibətlərin inkişafına böyük önəm verir”.

Prezident R.T.Ərdoğan 17-18 noyabr tariixlərində Özbəkistana səfər edəcək. Bu, onun Türkiyə prezidenti qismində Özbəkistana ilk səfəridir. Səfər çərçivəsində Ərdoğan Özbəkistan prezidentinin vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyevlə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti