...

Ərdoğan: Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır

Dünya xəbərləri Materials 16 Noyabr 2016 13:10 (UTC +04:00)
Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır.
Ərdoğan: Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır

Ankara. Atilla Caner - Trend:

Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır. Trend-in məlumatına görə, bunu Pakistana səfərindən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Pakistan rəsmi Ankaraya dəstək göstərmişdi.

Türkiyə və Pakistan arasında terrorçuluğa qarşı mübarizə sahəsində də ümumi maraqlar var.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti R.T.Ərdoğanın Pakistana səfəri başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti