...

Ulyukayevə elektron bilərzik taxdılar - izləniləcək

Dünya xəbərləri Materials 16 Noyabr 2016 13:41 (UTC +04:00)
Rüşvət almaqda ittiham olunan və məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hərəkətinin izlənməsi üçün elektron bilərzik taxılıb.
Ulyukayevə elektron bilərzik taxdılar - izləniləcək

Bakı. Trend:

Rüşvət almaqda ittiham olunan və məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hərəkətinin izlənməsi üçün elektron bilərzik taxılıb.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Moskvanın İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva deyib ki, bu tədbir Ulyukayevin hərəkətinin izlənməsi üçün görülüb: "Bilərzik müasir və etibarlıdır. Ondan azad olmaq çətindir, həm də nəsə baş verəcək olsa, dərhal siqnal məntəqəyə daxil olur".

A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti