Bakı. Trend:
Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması ilə bağlı xərclərini 55-65 milyard avro məbləğində qiymətləndirir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın xərclərinin böyük hissəsi Aİ qurumlarınını keçmiş əməkdaşlarının təqaüdlərinə yönələcək.
Qeyd edək ki, bu ilin iyun ayında Britaniya sakinlərinin 52 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasına səs vermişdi.