Bakı. Trend:
Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib ki, ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp elə bir liderdir ki, ona etibar etmək olar. Trend "RİA Novosti" agentliyinə istinadən məlumat verir ki, bunu Baş nazir D.Trampla görüşündən sonra jurnalistlərə deyib.
Yaponiyalı rəsmi deyib: "Birlik etibar olmadan fəaliyyət göstərə bilməz. Mən əmin oldum ki, Tramp məhz o liderdir ki, ona etibar etmək olar". Qeyd edək ki, S.Abe bu fikri jurnalistlərin "ABŞ-la hərbi ittifaqla bağlı razılaşma əldə etmək mümkün oludumu" sualına cavab verərkən deyib.